Xəzər Xəbər

Məşhur cütlüyün planı alt-üst oldu

Şou Biznes | 23:30 • 11 Mart 2021
Məşhur cütlüyün planı alt-üst oldu

Aktyor Kənan İmirzalıoğlu ilə həyat yoldaşı Sinem Kobal hər il olduğu kimi bu yay da istirahətə yollanmaq qərarına gəliblər.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, cütlük istirahət üçün ötən il getdikləri məkanı seçib. Lakin Türkiyədə pandemiya səbəbilə evlərin və kirayə mənzillərin qiymətinin 80 faiz artması onları bu qərarından daşındırıb.

Belə ki, Kənanla Sinemin ötən il kirayə götürdükləri geniş ev hazırda bahalaşma səbəbindən 700 min lirəyə (156 min) təklif edilir. Mənzilin qiymətinin belə olması onların Marmarisdəki istirahət planını pozub. Cütlük qərarından daşınıb və başqa alternativ yollar araşdırmağa başlayıb.

Xəbər lenti