Xəzər Xəbər

Sevgilisindən Hadisəyə QİYMƏTLİ doğum günü hədiyyəsi

Şou Biznes | 11:41 • 24 Oktyabr 2019
Sevgilisindən Hadisəyə

Doğum günündə hədiyyə yağışına tutulan müğənni Hadisəyə sevgilisinin qiymətli zinət əşyası verdiyi iddia olunub.

Sənətçi dünən 34 yaşını dostları ilə birlikdə qeyd edib.

Restorandan gecəyarı çıxan ulduz jurnalistlərin suallarını cavablandırıb: "Adətən doğum günü qeyd etməyi sevmirəm. Ancaq mənim üçün özəl bir axşam təşkil edilmişdi, çox xoşbəxt oldum.

Hər şeydən manşet çıxartmayın. Boyunbağı sevgilidən filan deyil. Bu gün proqramın çəkilişləri üçün istifadə etdim. Sevgilim hədiyyə etsə də, bunu sizə demərəm hər halda” söyləyən müğənni son sözü ilə şübhə yaradıb./publika.az

Xəbər lenti