Xəzər Xəbər

Çəkiliş meydançasından real həyata... Sevgili olan Türkiyə serial qəhrəmanları - FOTO

Şou Biznes | 16:11 • 16 Oktyabr 2019
Çəkiliş meydançasından real həyata...

Türkiyə seriallarının çəkiliş meydançalarında ehtiras həmişə pik nöqtədədir. Bu səbəbdən bəzən baş rol ifaçıları həyatla iş prosesini ayıra bilmir və bir-birilərinə aşiq olurlar...

XəzərXəbər qafqazinfo-ya istinadən eyni ekran işində rol alan və sonradan həyatda da bərabərlikləri davam edən bir neçə məşhur cütlüyü təqdim edir:

Özge Gürel və Serkan Çayoğlu - "Kiraz Mevsimi"

2015-ci ildə böyük ekranlara çıxan "Kiraz Mevsimi" serialı Özge Güreli əsl ulduz etdi. Ssenariyə əsasən, aktrisanın canlandırdığı Öykü obrazı Ayaz adlı memara aşiq olur. Ekran işində aktrisanın tərəf-müqabili aktyor Serkan Çayoğlu olub. Çəkilişlər ulduzları bir-birinə yaxınlaşdırıb və tezliklə onlar görüşməyə başlayıb. İki il ərzində Özge və Serkan münasibətlərini gizlədib, lakin daha sonra bu sirrin üstü açılıb. Sevgililər hələ vətəndaş nikahında yaşayır, tezliklə isə ailə həyatı qurmağı planlaşdırır.

Yusuf Çim və Demet Özdemir - "Çilek kokusu"

"Çilek kokusu" serialında Demet Özdemirin personajına aşiq olmamaq mümkün deyil. Eyni zamanda həm təvazökar, həm də məqsədyönlü olan qız Yusuf Çimin canlandırdığı yaraşıqlı oğlanın ürəyini tez fəth etməyi bacardı. Bir müddət Çimlə Özdemir arasında real həyatda da sevgi romanı olub, lakin çəkilişlər bitdikən sonra onlar ayrılıb.

Fahriye Evcen və Burak Özçivit - "Çalıkuşu"

Tamaşaçıların bir çoxu Burak Özçiviti onun "Kara sevda" serialındakı tərəf-müqabili Neslihan Atagüllə sevgili görsə də, onun ürəyini digər gözəlçə fəth etdi. O, gələcək həyat yoldaşı Fahriye Evcenlə "Çalıkuşu" serialının çəkilişlərində tanış oldu. Fahriye ve Burak 2015-ci ildə "Aşk sana benzer" filmi çıxdıqdan sonra sonra bir-birilərini sevdiklərini başa düşdülər. İki ildən sonra cütlük ailə həyatı qurdu, ötən ilə isə Özçivitin həyat yoldaşı ona oğul övladı bəxş etdi.

Kadir Doğulu və Neslihan Atagül - "Fatih Harbiye"

Kadir və Neslihan "Fatih Harbiye" serialının çəkiliş meydançasında tanış olub. Onlar ekran işində sevgili cütlüyü canlandırıb. Tezliklə onların dostluğu sevgiyə çevrilib. 2015-ci ildə aktyor aktrisaya evlillik təklifi edib. Bir ildən sonra onların toyu olub. Cütlük xoşbəxt həyat sürür.

Halit Ergenç və Bergüzar Korel - "1001 gece"

Halit Ergenç və Bergüzar Korel - müasir Türkiyə kinematoqrafiyasının ən gözəl cütlüklərindən biridir. Onları bir-biri ilə "1001 gece" serialı tanış edib. Ssenariyə görə, Korelin canlandırdığı kasıb ailədən olan qız Ergençin biznesmen personajına aşiq olur. Çəkilişlər bitdikdən sonra cütlük ailə həyatı qurub. Bir müddətdən sonra onların oğul övladı dünyaya gəlib. Xoşbəxt valideynlər ona Əli adını verib.

Murat Ünalmış və Birce Akalay - "Yer göy aşk"

"Yer göy aşk" serialının üçüncü çəkiliş ayında Murat Birceyə evlilik təklifi etdi. Cütlüyün münasibətləri sürətlə inkişaf edirdi. Tezliklə onlar ailə həyatı qurdu, lakin bir il yarımdan sonra boşandılar. 2014-cü ildə Akalay ikinci dəfə ailə həyatı qurdu - bu dəfə aktyor Sarp Levendoğlu ilə. Amma bu nikah da uzun sürmədi. Üç ildən sonra ər-arvad boşandı.

Xəbər lenti