Xəzər Xəbər

Can Yamandan ayrılan Demet Özdemir yaraşıqlı aktyor ilə birlikdə...

Şou Biznes | 10:29 • 12 Oktyabr 2019
Can Yamandan ayrılan

"Çilek Kokusu” ilə məşhurluğa qovuşub, "Erkenci Kuş” ilə ulduzu parlayan Demet Özdemir yeni seriala çəkilir.

Aktrisa ilə İbrahim Çelikkol "Evim” serialının baş qəhrəmanlarını canlandıracaqlar.

İkili yeni layihələrinin elanını instaqramdan paylaşıb. Serialda Demet Zeynəb, İbrahim isə Mehdi rolunu oynayacaq.

Serialın mövzusu həyatda bəxtləri gətirməyən ikilinin mümkünsüz eşq hekayəsidir. Serialın TV8 kanalında yayımlanması gözlənilir.

Qeyd edək ki, "Erkenci kuş" serialında baş rolu canlandıran Demet Özdemir və Can Yamanın adı sevgi qalmaqallarında çəkilirdi./publika.az

Xəbər lenti