Xəzər Xəbər

Ancelina Coli Bred Pitti seçim qarşısında qoydu: “Ya o, ya da uşaqlar”

Şou Biznes | 13:42 • 26 Sentyabr 2019
Ancelina Coli Bred Pitti seçim qarşısında qoydu:

Hollivud ulduzu Ancelina Coli keçmiş əri Bred Pittdən reper Kanye Uestdən uzaq dayanmağı xahiş edib. Uest erməni fotomodel Kim Kardaşyanın həyat yoldaşıdır.

Pitt Colinin xahişini nəzərə almasa, övladları ilə ünsiyyətdən məhrum ola bilər. Ancelinanın Kardaşyan ailəsindən xoşu gəlmir. Buna görə də keçmiş ərini seçim qarşısında qoyub: "Ya Kanye, ya da uşaqlar”.

Pitt bir neçə dəfə Uestin təşkil etdiyi kilsə yığıncaqlarında iştirak etmişdi. Məşhur aktyor bu tədbirlərin ona çox yaxşı təsir etdiyini bildirmişdi.

Ancelina və Bred 2016-cı ilin sentyabrında ayrılıblar. Coli həyat yoldaşının tərbiyə metodlarını bəyənmədiyindən belə qərar vermişdilər. Deyilənə görə, bir dəfə şəxsi təyyarədə səfər zamanı sərxoş Bred böyük oğlu Meddoksu şillə ilə vurmuşdu. Aktyor sonradan xəbəri təkzib etmişdi.

Cütlüyün boşanma prosesi bu ilin aprelində başa çatıb./Bizimyol.info

Xəbər lenti