Bakı -3 ℃
Xəzər Xəbər
USD 1.7

Əli Sunal ata oldu

Şou Biznes | 615 | 13:59, 07 Avqust
Əli Sunal ata oldu

Tanınmış aktyor Kamal Sunalın oğlu Əli Sunal ata olub.

Bu barədə aktyor özü instaqramda məlumat verib. Xəstəxanadan şəkil paylaşan aktyor sevincini izləyiciləri ilə bölüşüb. O, "Ata oldum. Xəyal kimidir... Xoş gəldin, mənim əziz qızım, gözəl Narinim. Həyatım Nar balam ...” , - deyə qeyd edib.

Səhər saatlarında 643 qr. çəkidə dünyaya gələn qızlarına cütlük Narin adını verib.

Xatırladaq ki, Əli Sunal ötən il əslən azərbaycanlı olduğu deyilən Nazlı Qurbanzadə adlı xanımla ailə qurub. Bu, onun ikinci nikahıdır. Onun birinci nikahı Gökçe Bahadırla olub./publika.az

Çox oxunanlar