Xəzər Xəbər

Çingiz Mustafayev finalda neçənci çıxış edəcək?

Şou Biznes | 11:25 • 17 May 2019
Çingiz Mustafayev finalda neçənci çıxış edəcək?

Xəbər verdiyimiz kimi, Çingiz Mustafayev dünən Expo Təl-Əviv səhnəsində keçirilən 64-cü Avroviziya mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.

XəzərXəbər xəbər verir ki, Çingiz Mustafayev final günü səhnəyə final şousunun ikinci hissəsində çıxacaq. Təmsilçimiz Çingiz Mustafayev finalda 20-ci nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanla yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta,Yunanıstan, Belarus, Serbiya, Kirp, Estoniya, Çexiya, Avstraliya, San Marino, İslandiya və Sloveniya təmsilçiləri finala keçmək şansı qazanıb.

Xəbər lenti