Xəzər Xəbər

Murad Bozla Aslı Enver gizlincə nişanlandı

Şou Biznes | 14:26 • 5 Aprel 2019
Murad Bozla Aslı Enver gizlincə nişanlandı

Gah ayrılıb, gah barışan aktrisa Aslı Enver və müğənni Murad Boz cütlüyü ilə bağlı yeni xəbər yayılıb.

Cütlük yaxın günlərdə nikah masasına oturmağa hazırlaşır. Belə ki, aktrisa və müğənni gizli nişanlanıb.

"Münasibətlərimiz haqda danışmamaq qərarı aldıq" deyən, cütlük bu xəbəri hələ gizli saxlamağa çalışır. Enver "İnstagram" səhifəsində şəkil paylaşaraq sirrlərinin üstünü açıb. Belə ki, aktrisanın barmağındakı nişan üzüyü diqqətdən qaçmayıb.

Daha sonra isə Boz pianino ifa edərkən video yayımlayıb, onun da barmağında nişan üzüyü olduğu görülüb./metbuat.az

Xəbər lenti

Çox oxunanlar