"Selenanı həqiqətən sevdim və hələ də sevirəm".
Musiqi karyerasına fasilə verən dünya ulduzu Castin Biber hər kəsi təəccübləndirəcək açıqlama verib.
6 ay əvvəl model Heyli Bolduinlə evlənən müğənni sosial şəbəkədə keçmiş sevgilisi Selena Qomez barədə maraqlı şərh yazıb.
O, izləyicisinin "Selenanı yenidən əldə etmək üçün Heyli ilə evləndin” rəyinə belə cavab verib: "Selenanı həqiqətən sevdim və hələ də sevirəm. Hər zaman qəlbimdə bir yeri olacaq”.(qafqazinfo.az)