Xəzər Xəbər

Cenifer Lopes dördüncü dəfə ərə gedir

Şou Biznes | 17:27 • 11 Mart 2019
Cenifer Lopes dördüncü dəfə ərə gedir

Hollivud aktrisası və müğənni Cenifer Lopes amerikalı beysbolçu Aleks Rodriqeslə nişanlanıb.

Ulduz aktrisa nişan üzüyünün fotosunu özünün Instagram səhifəsində paylaşıb.

Eyni fotonu Rodriqes də özünün səhifəsində yerləşdirib. Fotonun altında "O "hə” dedi” sözlər yazılıb.

Cütlük toy mərasiminin tarixini açıqlamayıb.

Qeyd edək ki, Lopeslə Rodriqes 14 il əvvəl tanış olsalar da, aralarında sevgi münasibətləri 2017-ci ildə yaranıb./oxu.az

Xəbər lenti