Xəzər Xəbər

İnanılmaz rəzillik: Sevgilisi aktyoru döydü, üz-gözü qan içində... - VİDEO

Şou Biznes | 14:33 • 25 Yanvar 2019
İnanılmaz rəzillik:

Müğənni İzzət Altunmeşenin aktyor oğlu Fırat Altunmeşe dünən gecəyarı Bebekdə sevgilisinin hücumuna məruz qalıb.

Üç ildir birlikdə olan cütlük dünən gecə restorandan çıxarkən görüntülənib. Altunmeşe ilə sevgilisi çıxışda mübahisə etməyə başlayıb. Getdikcə qızışan mübahisə nəticəsində sevgilisi Altunmeşeye hücum edib. Gənc qadın dırnaqları ilə Altunmeşenin alnını, yanaqlarını və çənəsini cırmaqlayaraq qan içində qoyub.

Bu zaman jurnalistlərin onu çəkdiyini görən qadın sürətli addımlarla uzaqlaşıb. Baş verənlər qarşısında çaşıb qalan Altunmeşe isə "Üç illik sevgilim, aşiq olduğum qadın mənə bunu etdi" deməklə kifayətlənib. Mübahisənin səbəbini açıqlamayan aktyor taksiyə minərək uzaqlaşıb./publika.az

Xəbər lenti