Xəzər Xəbər

Acun da təhlükədədir - Ömür Gedik

Şou Biznes | 18:15 • 18 Dekabr 2018
Acun da təhlükədədir - Ömür Gedik

Acuna qarşı bu aqressiyasına görə həbs olunmalıdır.

Türkiyədə "Master Chef” yarışmasının keçmiş iştirakçısı Murat Özdemirin etdikləri hər kəsi ayağa qaldırıb.

Kanal D-də yayımlanan "2.Sayfa” verilişinə heyvan haqlarının müdafiəçisi Ömür Gedik qonaq olub.

O, "Master Chef” yarışmasının keçmiş iştirakçısı Murat Özdemirin etdikləri haqqında "Bu hadisəni eşidər-eşitməz polis bölməsinə getdim. Tutuquşunu qaranlıq otağa qoymuşdular. Otağa girən kimi videodakı səsləri çıxarmağa başlayırdı. Böyük sarsıntı keçirib.

Polislərlə sorğuda olarkən belə Murat "Acun” deyib qışqırırdı. Düzdür, heyvan haqlarına görə ona həbs cəzası verilməyəcək, yalnız maddi təzminat ödəyib sərbəst buraxılacaq. Amma Acuna qarşı bu aqressiyasına görə həbs olunmalıdır. Acun məncə təhlükədədir” deyib.

Qeyd edək ki, Murat Özdemir dünən öz İnstagram profilində tutuquşunu boğazından sıxaraq "Acun baba, de” deyərək qışqırdığı videoları paylaşıb.

AzNews.az

Xəbər lenti