Xəzər Xəbər

Bond yaman qocalıb

Şou Biznes | 12:59 • 21 Fevral 2018
Bond yaman qocalıb

Yan Flemminqin romanları əsasında çəkilmiş "Bondiana" kinosaqasının son filmlərində "agent Ceyms Bond" rolunu oynamış britaniyalı aktyor Deniel Kreyq fanatlarını xeyli təəccübləndirib.

XəzərXəbər milli.az-a istinadən bildirir ki, 71-ci "British Academy Film Awards" mərasimində 49 yaşlı aktyorun görünüşü təəccüb doğurub.

"Royal Albert Hall"da səhnəyə çıxan Deniel Kreyq 3 il əvvəlki halından xeyli qoca, yaşlı görünürdü.

Bundan savayı, Deniel Kreyq ötən il demişdi: "Biləklərimi kəsərəm, amma Ceyms Bond roluna bir də çəkilmərəm".

Di gəl, o, "Agent 007 Ceyms Bond"la bağlı franşizanın 25-ci filminə çəkilməyə razılıq verib.

Xəbər lenti

Çox oxunanlar