Xəzər Xəbər

Milyarderin özündən 39 yaş kiçik sevgilisi 2 milyonluq üzüyünü nümayiş etdirdi

Şou Biznes | 14:57 • 11 Yanvar 2018
Milyarderin özündən 39 yaş kiçik sevgilisi

Türkiyənin təkqaş üzük rekordçuları arasına Ali Ağaoğlunun sevgilisi Duyğu Su Gülpınar da əlavə olunub.

Gənc balerina milyarder sevgilisinin ona hədiyyə etdiyi qiymətli üzüyünü sosial şəbəkədə nümayiş etdirib.

23 yaşlı Gülpınar müxtəlif pozalarda şəkil çəkdirərək bahalı üzüyünü izləyicilərinə göstərib. Məlum olub ki, bu üzüyün bənzəri Ancelina Colidə də var. Ortasında 10 karatlıq, yanlarında 7 karatlıq brilyant olan zinət əşyasının qiyməti təxminən 2 milyon TL-dir.

Xatırladaq ki, Əli Ağaoğlu 2 il əvvəl Koray Kırcal ilə evlənən qızı Senaya toy hədiyyəsi olaraq 3 milyon TL-lik (təxminən 1,5 milyon manat) üzük hədiyyə etmişdi.

Qeyd edək ki, balerina ilə iş adamı arasında 39 yaş fərqi var./publika.az

Xəbər lenti