Xəzər Xəbər

Bred Pitt özündən 32 yaş kiçik aktrisa ilə görüşür FOTOLAR

Şou Biznes | 16:08 • 19 Oktyabr 2017
Bred Pitt özündən 32 yaş kiçik aktrisa ilə görüşür

Ancelina Colinin keçmiş həyat yoldaşı Bred Pitt 21 yaşlı gənc aktrisa Ella Pernellə sevgilidir.

53 yaşlı aktyor hazırda Ella Pernellə Stefan Danlerin əsəri əsasında ekranlaşdırılan "Şirin acı" filmi üzərində çalışır. Pitt filmin prodüseri rolunda çıxış edir, Pernel isə baş rolu canladırır.

Maraqlıdır ki, Bred Pitt və E.Pernel çoxdan tanışdır. Aktrisa karyerasının ilk illərində aktyorun keçmiş xanımı Ancelina Colinin "Malifisenta” filmində çəkilib. Aktrisa filmdə məhz Ancelinaya zahiri oxşarlığına görə rol alıb.

İddialara görə, Coli keçmiş ərinin yeni romanı haqqında artıq bilir və onun bu seçiminə şübhə ilə yanaşır. Çünki Pernel aktyordan 32 yaş kiçikdir.

Bred isə cavan aktrisa ilə sevgili olmasını hələlik şərh etməyib./publika.az




Xəbər lenti

Çox oxunanlar