Xəzər Xəbər

Ledi Qaqanın konserti təxirə düşdü - xəstəxanaya yerləşdirildi

Şou Biznes | 11:34 • 15 Sentyabr 2017
Ledi Qaqanın konserti təxirə düşdü -

Amerikalı pop müğənnisi Ledi Qaqa budunda kəskin ağrılarla əlaqədar Braziliyadakı konsertini təxirə salmalı olub.

Trend-in məlumatına görə, bu barədə müğənni öz "Twitter” səhifəsində yazıb.

O, xəstəxanaya yerləşdirildiyini də məlumat verib: "Bu adi ağrı deyil, çox kəskin ağrıdır. Mən indi həkim nəzarətindəyəm”.

Qeyd edək ki, Ledi Qaqa sentyabrın 15-i Rio-de-Janeyroda "Rock in Rio” festivalında konsert verməli idi.

Xəbər lenti

Çox oxunanlar