Xəzər Xəbər

Röya 3 il sonra bunu təkrarlayacaq

Şou Biznes | 12:53 • 7 Sentyabr 2017
Röya 3 il sonra bunu təkrarlayacaq

Əməkdar artist Röya Ayxan sevənlərinə sürpriz edəcək.

Publika.az-ın əldə etdiyi məlumata görə, müğənni avtoqraf-sessiya etməyə hazırlaşır. Sonuncu dəfə fanatları ilə 2014-cü ildə görüş keçirən sənətçi 3 il sonra ənənəsinə sadiq qalmaq istəyib.

Belə ki, o, özünün təsis etdiyi "First Fashion Lab” moda evinin dəstəyilə "Gənclik Mall” ticarət mərkəzində görüş keçirəcək. Tədbir 29 sentyabr 19:00-da baş tutacaq.

Qeyd edək ki, avtoqraf-sessiyada hər kəs iştirak edə bilər.

Xəbər lenti