Xəzər Xəbər

Qubanın bir hissəsində qaz olmayacaq

Region | 17:50 • 28 Mart 2024
Qubanın bir hissəsində qaz olmayacaq

Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 29.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Xezerxeber.az-a verilən məlumata görə, təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Çox oxunanlar