Xəzər Xəbər

Zaqatalada 18 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi açılıb

Region | 19:05 • 16 Mart 2024
Zaqatalada 18 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi açılıb

Martın 16-da saat 14 radələrində Zaqatala rayon sakini 2006-cı il təvəllüdlü Məhəmməd Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zaqatala Rayon Prokurorluğundan  Xezerxeber.az-a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub və digər zəruri hərəkətlər icra edilib.

İlkin araşdırma zamanı Məhəmməd Ömərovun rayonun Muxax kəndində ərazidəki poliqon sahəsində aşkarladığı partlayıcı vasitənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyənləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xəbər lenti

Çox oxunanlar