Xəzər Xəbər

Ağsuda "KamAZ" aşıb, sürücü ölüb

Region | 09:49 • 6 İyun 2023
Ağsuda "KamAZ" aşıb, sürücü ölüb

Bu gün səhər saatlarında Ağsu rayonu ərazisində “KamAZ” markalı yük avtomobilinin sürücüsü, 1987-cı il təvəllüdlü İmişli rayon sakini Elmin Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az verilən məlumata görə, sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti