Xəzər Xəbər

Silsilə oğurluqlar edən Lənkəran sakininin üzərindən heroin aşkarlandı

Region | 10:30 • 6 İyun 2023
Silsilə oğurluqlar edən Lənkəran sakininin üzərindən heroin aşkarlandı

Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən təmir-tikinti alətləri və 1 ədəd velosipedin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Niyaz Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yaşayış evləri, ofis, gözəllik salonu daxil olmaqla, ümumilikdə 9 ünvandan oğurluq etdiyi müəyyən edilib. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanıldıqdan sonra N.Cəfərovun üzərindən heroin aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti