Xəzər Xəbər

Masallıda təcili yardım maşını qəzaya düşüb, ölən var

Region | 12:33 • 18 May 2023
Masallıda təcili yardım maşını qəzaya düşüb, ölən var

Mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisində rayon sakinləri İ.Nurəliyevin idarə etdiyi “Ford” markalı yük və S.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra “Mercedes” markalı avtomobil aşıb. Nəticədə “Mercedes” markalı avtomobildə olan Lənkəran rayon sakini F.Qurbanova xəstəxanada ölüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzaya uğrayan “Mercedes” təcili tibbi yardım avtomobilidir. 

Qəza nəticəsində avtomobildə olan xəstə vəfat edib.

Xəbər lenti