Xəzər Xəbər

Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən sərbəst keçidi təmin olunub

Region | 16:25 • 25 Mart 2023
Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən sərbəst keçidi təmin olunub

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.

Xezerxeber.az xəbər verir ki, Laçından Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki tibbi, üç minik və 29 təminat-təchizat avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların bir tibb və üç təminat avtomobili Laçına gedib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xəbər lenti