Xəzər Xəbər

Sülhməramlıların üç avtomobili aksiya ərazisindən keçib

Region | 09:33 • 3 Fevral 2023
Sülhməramlıların üç avtomobili aksiya ərazisindən keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Xezerxeber.az xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Həmçinin sülhməramlıların iki təminat-təchizat avtomobil də Laçına maneəsiz keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. 

Xəbər lenti