Xəzər Xəbər

Sülhməramlıların iki avtomobili aksiya ərazisindən keçib

Region | 10:00 • 26 Yanvar 2023
Sülhməramlıların iki avtomobili aksiya ərazisindən keçib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 46-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus iki təminat avtomobilin Xankəndi istiqamətinə doğru sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Xəbər lenti