Xəzər Xəbər

Tərtərdə iki nəfər minaya düşüb

Region | 12:09 • 1 Oktyabr 2022
Tərtərdə iki nəfər minaya düşüb

Tərtərdə iki nəfər minaya düşüb.

Hadisə rayonun Həsənqaya kəndində, "Üçüncü sovxoz" adlanan ərazisində baş verib. 

Rayon sakinləri - 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşərək xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir. (APA)