Xəzər Xəbər

Salyanda avtomobil maneəyə çırpılıb, sürücü ölüb

Region | 09:05 • 22 Sentyabr 2022
Salyanda avtomobil maneəyə çırpılıb, sürücü ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xezerxeber.az-ın FHN-ə istinadən məlumatına görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Renault” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb, sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş avtomobildən sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti