Xəzər Xəbər

Qaxda 30 yaşlı kişi bıçaqlandı

Region | 10:08 • 20 Avqust 2022
Qaxda 30 yaşlı kişi bıçaqlandı

Qaxda 30 yaşlı kişi bıçaqlanıb, vəziyyəti ağırdır.

Axşam saatlarında rayonun Əmbərçay kənd sakini, 1992-ci il təvəllüdlü Muxtarov Sahib Tofiq oğlu bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Həkimlər onun üzərində təcili əməliyyat keçirilməsi qərarı verib.

Hazırda yaralının üzərində cərrahiyyə əməliyyatı aparılır.

Hadisə ilə bağlı Qax Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. (Qafqazinfo)

Xəbər lenti

Çox oxunanlar