Xəzər Xəbər

Xocalıda avtomobil aşıb, ölən var

Region | 13:25 • 18 Avqust 2022
Xocalıda avtomobil aşıb, ölən var

Xocalıda avtomobil aşıb, nəticədə sürücü ölüb.

Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 17-i saat 8 radələrində rayonun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi “Mercedes” avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti