Xəzər Xəbər

Balakəndə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Region | 10:18 • 25 İyun 2022
Balakəndə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Balakən rayonunda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, iyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi “VAZ-2103” və K.Əhmədovun idarə etdiyi “”Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Quzu əti bahalaşıb VİDEO
20:25 • 19 Avqust 2022