Xəzər Xəbər

Yardımlıda 1 tondan çox narkotik tərkibli bitki məhv edilib

Region | 09:52 • 25 İyun 2022
Yardımlıda 1 tondan çox narkotik tərkibli bitki məhv edilib

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 282 kiloqram olan 8756 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Xəbər lenti