Xəzər Xəbər

Şirvan sakininin evində 1 kiloqrama yaxın olan heroin aşkarlanıb

Region | 13:37 • 22 İyun 2022
Şirvan sakininin evində 1 kiloqrama yaxın olan heroin aşkarlanıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Əkbərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı bir büküm heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqrama yaxın olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti