Xəzər Xəbər

Şamaxıda baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb - Komitə

Region | 15:37 • 16 Yanvar 2022
Şamaxıda baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb - Komitə

Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Bildirilib ki, azyaşlılar artıq müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb: "Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".

 

Xəbər lenti