Xəzər Xəbər

Bərdədə ticarət obyektlərində yanğın baş verib

Region | 08:48 • 8 Dekabr 2021
Bərdədə ticarət obyektlərində yanğın baş verib

Bərdə rayonunda yanğın hadisəsi olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliri məlumat yayıb.

Güloğlular kəndində ümumi sahəsi 400 m² olan bir dam altında tikilən ticarət obyektlərindən sahəsi 40 m² olan qarışıq mallar mağazasının və sahəsi 4 m² olan gözətçi otağının yanar konstruksiyaları yanıb. Bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti