Xəzər Xəbər

İki rayonun qaz təchizatı dayandırılacaq

Region | 13:56 • 30 Noyabr 2021
İki rayonun qaz təchizatı dayandırılacaq

1 dekabr tarixində saat 09:00-da Zaqatala və Balakən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

“Azəriqaz” İB-dən xezerxeber.az-a verilən məlumata görə, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Zaqatala” və “Balakən” QPS-lərdə quraşdırılan qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə əlaqədardır.

Qaz təchizatının dayandırılması Zaqatala (rayon mərkəzi və rayonun 10 kəndi) və Balakən rayonlarının (şəhər və rayonun 55 kəndi) bir hissəsini əhatə edəcək.

Xəbər lenti