Xəzər Xəbər

Tovuzda 53 yaşlı qadını avtomobil vurub

Region | 13:51 • 24 Oktyabr 2021
Tovuzda 53 yaşlı qadını avtomobil vurub

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, şəhərin Musa Musayev küçəsində yolu əks tərəfə keçmək istəyən Tovuzun Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovanı "VAZ-21015" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti