Xəzər Xəbər

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

Hadisə Baş Qərvənd kəndi ərazisində baş verib
Region | 09:39 • 6 Avqust 2021
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.

Hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.

Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib. (APA)

Xəbər lenti