Xəzər Xəbər

Ağsuda yanğının söndürülməsinə helikopter cəlb olunub

Region | 15:11 • 5 Avqust 2021
Ağsuda yanğının söndürülməsinə helikopter cəlb olunub

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, yanğının söndürülməsini sürətləndirilmək məqsədilə nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti