Xəzər Xəbər

Qubada yanğın beş verib, ev sahibi və kirayədə qalan müəllim xəsarət alıblar FOTO

Region | 15:19 • 25 İyun 2021
Qubada yanğın beş verib, ev sahibi və kirayədə qalan müəllim xəsarət alıblar

Qubada evdə baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Zərqova inzibati ərazi dairəsinə aid Xaspolad kəndində qeydə alınıb.

İkimərtəbəli evdə baş verən yanğın zamanı ev sahibi Tərlan Şirzad oğlu Əhmədov və həmin evdə kirayədə yaşayan ibtidai sinif müəllimi Cəfərova Könül Mirdamət qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilərək müvafiq tibbi yardım göstərilib.

Yanğın yerinə Quba rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı 6 otaq və 2 aynabənddən ibarət ev yanar konstruksiyaları və əşyaları ilə birlikdə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti