Xəzər Xəbər

İsmayıllıda qaydaları pozan piyadalar cərimələnib

Region | 11:49 • 5 İyun 2021
İsmayıllıda qaydaları pozan piyadalar cərimələnib

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi, onların maarifləndirilməsi məqsədi ilə növbəti nəzarət-profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb və onlarla izahedici söhbətlər aparılıb. Həmin şəxslərə yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və xəbərdarlıq olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, analoji qayda pozuntusuna yol verənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Xəbər lenti