Xəzər Xəbər

Suqovuşanda indiyədək 1097 ədəd tank və piyada əleyhinə mina zərərsizləşdirilib

Region | 16:23 • 22 Aprel 2021
Suqovuşanda indiyədək 1097 ədəd tank və piyada əleyhinə mina zərərsizləşdirilib

Suqovuşana çəkilən yolun keçdiyi ərazilər minalardan və digər partlamamış sursatlardan təmizlənib. Hazırda "Azərişıq" ASC və Meliorasiya və Su Təsərrüfatı ASC-nin çəkəcəyi infrastruktur xətlərinin keçəcəyi ərazilərin təmizlənməsi həyata keçirilir.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Şahin Allahverdiyev deyib.

O bildirib ki, ərazidə indiyədək 1097 ədəd tank və piyada əleyhinə mina, 1500-dən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Hazırda minatəmizləmə işləri əllə, mexaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə davam etdirilir.

 

 

 

Xəbər lenti