Xəzər Xəbər

Qubada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

Region | 15:30 • 7 Aprel 2021
Qubada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Quba rayonu Barlı kənd sakini Elşən Abdullayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib. E.Abdullayev kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Həmin şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Xəbər lenti