Xəzər Xəbər

Naftalan sakinlərində narkotik aşkarlanıb

Region | 13:10 • 28 Mart 2021
Naftalan sakinlərində narkotik aşkarlanıb

Naftalan sakinlərində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq ŞPŞ-yə gətirilib. Onların üzərində şəxsi axtarış keçirilən zaman P.Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0,284 qram, R.Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0,401 qram narkotik vasitə olan “heroin” aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti