Xəzər Xəbər

Masallıda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıb

Region | 10:49 • 27 Mart 2021
Masallıda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundanxezerxeber.az-a verilən məlumata görə, Masallı şəhər sakini M.Bədəlbəyliyə COVID-19 infeksiyası testi pozitiv çıxdığı üçün ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti