Xəzər Xəbər

Qaya parçası dağdan qoparaq bu yolu bağlayıb

Region | 20:23 • 26 Mart 2021
Qaya parçası dağdan qoparaq bu yolu bağlayıb

Bu gün Quba-Xınalıq avtomobil yolunun 53-cü km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb.

Xezerxeber.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Nəticədə yolda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

“Dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsusi texnika ilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub”, - açıqlamada deyilir.

Xəbər lenti