Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Lənkəranda karantini pozan üç obyekt aşkarlanıb, 16 nəfər cərimələnib

Region | 159 | 10:21 • 8 Mart 2021
Lənkəranda karantini pozan üç obyekt aşkarlanıb, 16 nəfər cərimələnib

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən 1 bilyard zalı, 1 oyun zalı və 1 çayxananın karantin rejimi qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyektlərlə bağlı 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021