Xəzər Xəbər

Cəbhəboyu ərazilərdə xeyli sayda hərbi sursat aşkarlanıb - FOTO

Region | 09:18 • 15 Yanvar 2021
Cəbhəboyu ərazilərdə xeyli sayda hərbi sursat aşkarlanıb -

Yanvarın 13-14-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Xocavənd rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 11 (on bir) və Dövlət Sərhəd Xidmətindən – 1 (bir) müraciət daxil olmuşdur.


ANAMA-dan xezerxeber.az-a bildirilib ki, daxil olmuş 12 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 22 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 121 ədəd partlamamış hərbi sursat (PHS), 19 ədəd piyada əleyhinə mina, 45 ədəd tank əleyhinə mina, 14 ədəd tank əleyhinə mina partladıcısı, 7 006 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd ov tüfəngi və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub.


Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 6 897 722 kv.m (690 ha) ərazi yoxlanılıb.


Agentliyin partlayış qrupu tərəfindən 136 ədəd partlamamış hərbi sursat (PHS) , 579 ədəd mina və 5 ədəd bombacıq zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 93 min 602 mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər lenti

Çox oxunanlar