Xəzər Xəbər

Tərtərdə evini tərk edən “COVID-19” xəstəsi aşkarlanıb

Region | 12:42 • 13 Yanvar 2021
Tərtərdə evini tərk edən “COVID-19” xəstəsi aşkarlanıb
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Anar Zeynalovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib. Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb.

Tərtər RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar