Xəzər Xəbər

Masallıda ev və sex yanıb

Region | 10:51 • 20 Dekabr 2020
Masallıda ev və sex yanıb

Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 390 m² olan tikintisi başa çatmayan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və birinci mərtəbəsinə yığılan taxta materiallar 2 m³, bitişik ümumi sahəsi 90 m² olan mebel sexinin yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan taxta materiallar 4 m³ yanıb.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, evin və sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti