Xəzər Xəbər

Qubada selin uçurduğu iki körpü bərpa olunur

Region | 21:27 • 16 May 2020
Qubada selin uçurduğu iki körpü bərpa olunur

Qubada güclü sel nəticəsində uçulan Cağacıq və Şabrançay üzərindəki körpülər bərpa olunur.


Rayonun Xanəgah kəndini iki hissəyə ayıran Çağacıq çayı üzərindəki yeni avtomobil körpüsünün inşası bir həftə ərzində başa çatdırılacaq. Tikilən körpünün eni 6, uzunluğu isə 10 metr olacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 6 saylı Yol İstismar idarəsinin rəisi İskəndər Hacıyev bildirib ki, Xanəgah kəndi ilə yanaşı, rayonun Çayqışlaq kəndində Şabrançay üzərindəki avtomobil körpüsünün tikintisi də artıq başlayıb. Burada selin uçurduğu 12 metr uzunluğundakı körpünün yerində may ayının sonuna kimi yenisi inşa olunacaq. İkiaşırımlı yeni körpü əvvəlkindən iki dəfə böyük (24 metr) və daha möhkəm olacaq.


Yeni körpüdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə piyada səkiləri qurulacaq.

Xəbər lenti